Category: Yemək

Gözümün sarısı Limon

 Limon, C vitamini ilə zəngin, turş və təravətli meyvədir. Onun bir çox faydası vardır:  Limon, immunitet sistemini gücləndirən və bədənin maddələr mübadiləsini tənzimləyən C vitamini ilə zəngindir. Tərkibindəki antioksidantlarla dəriyə yaxşı təsir edir, toksinlərin atılmasına kömək edir və bədənin detoksifikasiya prosesini dəstəkləyir. Limonlu su içmək, bədənin su balansını qorumağa kömək edir, həmçinin həzm sistemini tənzimləyir. Limon, […]

Qaymaqlı göbələk və file

Təmiz yuyulmuş toyuq filesini kubik formasında doğrayıb duz, istiot, zövqə görə sarımsaq, sarıkök və kəkotu ilə basdırırıq. Bir az dadlanandan sonra az miqdarda duru yağ tökülmüş tavada 7-10 dəqiqə qovururuq. Sona yaxın 10 qr kərə yağı əlavə edirik. Əti başqa qaba keçirib, həmin tavada göbələkləri qovurmağa başlayırıq. Daha əvvəl göbələklərin papaqlarındakı qabığı soyub yuyuruq çox […]

Əriştə şorbası

Soyuq havada “Bu gün nə bişirim?” dərdi az olur. Çünki, ilk ağıla və iştaha gələn xəmir xörəkləri olur. Bircə qalır ərinməyib xəmir yoğurmaq və bişirmək. Əvvəldən hazırladığınız ehtiyat varsa, onda işiniz daha da asan olacaq. Bu gün əriştə yeməyindən danışacam. Ən sadə və ona görə də sevdiyim xəmirlərdən biri (tərkibinə minimal ərzaq getsə də, çox […]

Mal ətindən souz yeməyi

Bəh-bəh deyib yeyəcəyiniz ləzzətli xörəklərdən biri. Mal ətini əvvəlcədən yumşaq hala gələnədək qaynadırıq. Ət qaynamağında olsun, biz başlayaq digər ərzaqları bişirməyə. Soğansız yemək olmaz. Ona görə də gedirik bazara soğan almağa. Evdə varsa, lap əla. Əslində yemək bişirməyin ən gözəl səbəblərindən biri istifadə edəcəyimiz ərzaqların əl altında olmasıdır. Onda yemək bişirmək əsl həzzə çevrilir. Soğanın […]

Dovğa

Azərbaycan mətbəxində xüsusi yer tutur dovğa. O, elə bir yeməkdir ki, əhvalın pis olanda da ürəyin istəyə bilər, yaxşı olanda da. Unikallığından biri də odur ki, istəyəndə boşqabda qaşıqlayıb yeyə, və ya stəkanda içə bilərsən. Dovğanın tərkibində: 1 balon qatıq, Dağ keşnişi -2 dəstə, Nanə -2 dəstə, İspanaq – 2 dəstə, Keşniş -1 dəstə, Şüyüt […]

Ləzzətli peraşkilər

Hətta haqqında yazanda belə ağzım sulanır. İndi sizinlə çox kövrək, yedikcə yemək istəyəcəyiniz peraşki resepti paylaşacam. Bu öyrəndiyiniz ən son persaşki resepti olacaq, çünki, çox bəyənəcəksiniz. Getdik! Təqribən bir kilo unun xəmirinə gedən ərzaqlar: 1 yumurta, 1 dolu xörək qaşığı mayonez, yarım armudu stəkan duru yağ, quru maya, duz, şəkər tozu, və yumşaq xəmir alınanadək […]

Köklü piroq

Bəlkə, ilk eşitdiyiniz an ” Nə?, Köklü?”  deyə təəccüblə soruşacağınız, ancaq, bir dəfə yedikdən sonra ömürlük vurulacağınız möhtəşəm dadlardan biri. Əminəm, soyuducudan kökü əskik etməyəcəksiniz ki, hər fürsətdə bu asan hazırlanan piroqu tez- tez süfrənizdə görəsiniz. Deməli belə, lazım olan ərzaqların siyahısını verirəm: şəkər tozu -1 stəkan, yumurta -3 ədəd, 2 -3 ədəd iri kök, […]

Limonlu peçenye

Lazım olan ərzaqlar: Kərə yağı 200 qr, Şəkər tozu 180 qr, Limon suyu, Yumurta 2 ədəd, Limon qabığı, Un 4 stəkan, Qabartma tozu 1paket, Duz 1 çimdik. Bişirməyə başlayaq. Əvvəlcə otaq temperaturunda olan kərə yağı ilə şəkər tozunu qarışdırırın, şəkər tozunun miqdarını azaltmayın ki, limonla qarışanda peçenyelər çox turş alınmasın. Sonra yumurta, limon suyu və […]

Şorlu piroq

Tərkibi: xəmiri üçün: 2 stəkan un yarım stəkan şəkər tozu 1 paket qabartma tozu 100-150 qram kərə yağı içlik üçün: 400-500 qram kəsmik və ya duzsuz şor 1 stəkan şəkər tozu 1 paket vanil 4 ədəd yumurta Unu ələkdən keçirib üzərinə yarım stəkan şəkər tozu, qabartma tozu və otaq temperaturunda yumşalmış kərə yağını əlavə edib […]