Lazım olan ərzaqlar:
Kərə yağı 200 qr,
Şəkər tozu 180 qr,
Limon suyu,
Yumurta 2 ədəd,
Limon qabığı,
Un 4 stəkan,
Qabartma tozu 1paket,
Duz 1 çimdik.
Bişirməyə başlayaq. Əvvəlcə otaq temperaturunda olan kərə yağı ilə şəkər tozunu qarışdırırın, şəkər tozunun miqdarını azaltmayın ki, limonla qarışanda peçenyelər çox turş alınmasın.
Sonra yumurta, limon suyu və limon qabıqlarını əlavə edib yenidən qarışdırırıq.
Sonda alınan qarışığa quru ərzaqları hissə – hissə əlavə edirik. Qabartma tozunu unla ayrıca qarışdıranda bişintimiz daha yaxşı qabarır.
Xəmirin qatılığına uyğun olaraq, unun miqdarını artırıb azaltmaq olar.
Nəticədə, ələ yapışmayan xəmir alınır və ondan yumru toplar hazırlayıb sobanın qabına düzürük. Aralarında bir az məsafə saxlayaq ki, peşenyelər şişəndə bir-birinə yapışmasın.
Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 12-15 dəqiqə bişiririk. Peçenyelər hazır olduqadan sonra üzərinə şəkər pudrası töküb təzə dəmlənmiş pürrəngi çayla süfrəyə verin. Dadını çıxarın, Nuş olsun!