Şöhrətin astanasında gələn ölüm. Modilyani …

Ölümü sayəsində sanki yaradıcılığının doğulduğu yəhudi əsilli italyan rəssam və həykəltaraş Amadeo Modilyani. Səfil həyatı yaşayan, içki və narkotik vasitələr aludəçisi, vərəm xəstəliyinin ağır formasından əziyyət çəkən, rəsmlərini bir boşqab yeməyə dəyişən rəssamın ölümü onun bir andaca məşhurlaşıb, əsərlərinin baha qiymətə satılıb şəxsi kolleksiyaları bəzəməsinə səbəb oldu. Həyat yoldaşı Janna Ebyurten ölümünün səhəri günü ikinci uşaqlarının doğulmasına bir ay qalmış özünə qəsd etdi.

Uzadılmış sifət, uzunsov boyun və bəbəksiz gözlər. Afrika və misir incəsənətinin böyük təsiri hiss olunan Modilyani yaradıcılığını indiyədək yaşamış heç bir heykəltaraş və ya rəssamın əsərləri ilə qarışıq salmaq olmaz.

“Ruhunu hiss edəndə gözlərini çəkəcəm”-deyirdi “Nəyə görə gözləri bəbəksiz çəkirsən?”-sualı veriləndə.

1909-cu ildə heykəltaraş Konstantin Brankuzi ilə tanışlıqdan sonra uzun müddət sırf heykəltaraşlıqla məşğul oldu. Materialların baha olması və daş tozunun sağlamlığına pis təsir etməsi ucbatından Modilyani yenidən rəssamlığa qayıdır. Əsərlərinin əksəriyyətini portretlər və çılpaq qadın rəsmləri təşkil edirdi.

Jak Bekkerin “Monparnas, 19”, Mik Devisin “Modilyani” və Coni Deppin “Modi” adlı filmlərində rəssamın avtobioqrafiyası ilə yaxından tanış olmaq olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *