Şorlu piroq

Tərkibi:

xəmiri üçün:

2 stəkan un

yarım stəkan şəkər tozu

1 paket qabartma tozu

100-150 qram kərə yağı

içlik üçün:

400-500 qram kəsmik və ya duzsuz şor

1 stəkan şəkər tozu

1 paket vanil

4 ədəd yumurta

Unu ələkdən keçirib üzərinə yarım stəkan şəkər tozu, qabartma tozu və otaq temperaturunda yumşalmış kərə yağını əlavə edib umac halına salırıq. Ayrıca qaba şor töküb üzərinə  şəkər tozu, vanil və yumurtaları töküb tam həll olunana qədər qarışdırırıq.

Umac halında olan xəmirimizi biri daha böyük olmaqla iki hissəyə bölürük, böyük hissəni sobanın qabına səpələyib yüngülcə bərkidirik. Şorlu qarışığı üzərinə yayırıq, üstündən ikinci hissə xəmiri səpirik. Əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada 45-50 dəqiqə bişiririk.

Asan başa gələn bu ləzzətli nemətin süfrənizin ən çox arzulanan təamı olacağından əminik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *