Analar üçün taym-menecment. Özünüzə vaxt ayırmağın yolları.

Ana olmaq – möhtəşəm hissdir, həm də məsuliyyətli. Sanki günlər işıq sürəti ilə uçub gedir, sən isə bütün günü qaça-qaçda hər işi çatdırmağa çalışırsan. Geyindirirsən, yedirdirsən, çimizdirib məktəbə, dərnəyə aparıb gətirirsən, oyunlar oynayıb yatırdırsan. Hələ bir üstəlik ev-eşiyi yığışdırıb yemək də hazırlayırsan. Anaların çoxu sutkada saatların az olduğundan, heç nəyi çatdıra bilməməkdən şikayət edir.

Taym-menecment- son zamanlar dəbdə olan adicə söz deyil, öz vaxtını ağıllı təşkil etmək üçün real alətdir. Onun əsaslarını öyrənməklə həm uşaqların qayğısına qala, həm də özünzə asanlıqla vaxt ayıra bilərsiz.

Sadə, ancaq effektiv fəndlər:

* Gündəlik və həftəlik planların siyahısını tərtib edin. Vacib və təcili olanları qabağa salın. Beləcə ilk növbədə nə etməli olduğunuzu anlayacaqsınız.

* “Öz vaxtım” punktunu təyini edin, bu səhər-səhər idman saatı və ya axşam dostlarla görüşmək üçün 2 saat ola bilər. Bu punktun arxasında möhkəm durun və qətiyyən təxirə salmayın.

* İş bölgüsü edin. Uşaqları öz bacarıqları daxilində görə biləcəkləri işlərə buyurun, həyat yoldaşınızdan, nənə və babalardan kömək istəyin. Hər işi şəxsən özünüz etməyə çalışmayın.

Ana olmaqla yanaşı, siz həm də qadınsız. Enerjinizi gözəl şəkildə bərpa edin ki, analıqdan həzz ala biləsiz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *