Qaymaqlı göbələk və file

Təmiz yuyulmuş toyuq filesini kubik formasında doğrayıb duz, istiot, zövqə görə sarımsaq, sarıkök və kəkotu ilə basdırırıq. Bir az dadlanandan sonra az miqdarda duru yağ tökülmüş tavada 7-10 dəqiqə qovururuq. Sona yaxın 10 qr kərə yağı əlavə edirik. Əti başqa qaba keçirib, həmin tavada göbələkləri qovurmağa başlayırıq. Daha əvvəl göbələklərin papaqlarındakı qabığı soyub yuyuruq çox xırda olmayan hissələrə bölürük. Göbələklər yumşalıb suyunu xeyli buraxanda xırda doğradığımız soğan və sarımsağı töküb bir müddət yenə qovururuq. Bu qarışığa da 10 qr kərə yağı əlavə edəndən sonra otaq temperaturunda olan qaymağı və əti tökürük. Göbələklər və file qaymağın içində yaxşıca yerləşib qaymaq da qatılaşdıqda yeməyimiz hazırdır deməkdir.

Bu ləzzətli təamın yanında kartof püresi, makaron və ya düyü də təklif edə bilərsiniz.

Təkcə özünü də yemək olar, əgər heç nə ilə bu ləzzəti qarışdırıb dadını dəyişmək istəmirsinizsə.

 

Çox dadlı, eyni zamanda da çox asan və tez bişiriləndir.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *