Ləzzətli peraşkilər

Hətta haqqında yazanda belə ağzım sulanır. İndi sizinlə çox kövrək, yedikcə yemək istəyəcəyiniz peraşki resepti paylaşacam. Bu öyrəndiyiniz ən son persaşki resepti olacaq, çünki, çox bəyənəcəksiniz. Getdik!

Təqribən bir kilo unun xəmirinə gedən ərzaqlar:

1 yumurta,

1 dolu xörək qaşığı mayonez,

yarım armudu stəkan duru yağ,

quru maya,

duz,

şəkər tozu,

və yumşaq xəmir alınanadək lazım olan qədər ilıq su.

Mən adətən, nə bişirməyimdən aslı olmayaraq, unu həmişə ələyirəm. Onda xəmir daha rahat və iştahlı alınılr.

Bütün inqredientləri qatıb yumşaq xəmir əldə edirik. İsti adyala büküb saat yarım – 2saat gözləyirik. Xəmir gəldikdən (acıdıqdan) sonra havasını çıxardıb xırda kündələrə bölürük. İçinə k əvvəlcədən bişirdiyimiz, duzlu istiotlu kartof püresi qoyub formalara salırıq. Kiçik qazanda yaxşı qızdırılmış bol yağın içində hər tərəfini qızardıb doyunca yeyirik.

 

Hazırladığımız peraşkiləri sobada da eyni uğurla bişirə bilərsiniz.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *