Hava şərtləri, sağlamlıq vəziyyətimiz, hətta əhval – ruhiyyəmiz də saçlarımızın görünüşünə təsir edir. Ancaq, müxtəlif səbəblərdən heç də həmişə onları bərpa etmək üçün salona gedib mütəxəssislərin xidmətindən istifadə edə bilmirik. Və bunun üçün yalnız bir şərtlə evdən çıxmaq lazım olacaq, əgər lazım olan ərzaqlar evdə yoxdursa. Bizə isə təkcə zeytun yağı və yumurta lazım olacaq.
Bir ədəd yumurta və üç xörək qaşığı zeytun yağı (saçı uzun olan xanımlar bu porsiyanı eyni nisbətdə artıra bilərlər) qarışdırıb saçımızın həm diblərinə, həm də bütün uzunluğu boyunca yaxşıca yeridirik. Üzərinə salafan, onun üstündən də dəsmal, yaylıq və ya buna bənzər başqa vasitə ilə bükürük. Ən azı yarım saatdan 2 saatadək maskanı saçımızda saxlayıb sonra adi qaydada yuyuruq. Narahat olmayın, saçınızdan yumurta qoxusu gəlməyəcək, gəlsə də açıq havada gəzsəniz tez keçəcək.
Effektindən isə tam əmin ola bilərsiniz, elə ilk istifadədən sonra təsiri adi gözlə görünəcək. Saçlarınızın vəziyyətindən aslı olaraq, maskanı həftədə iki dəfədən başlayaraq edə bilərsiniz. Daha sonra həftədə bir dəfə, bərpadan sonra isə ayda bir və ya iki dəfə edə bilərsiniz. Saçlarınız parlaq, canlı və təravətli görünəcək.