Month: December 2024

Dəb lüğəti: Şandelyer

Çilçıraq sırğalar. Uzun, bahalı daş-qaşlarla bəzədilmiş və ya sadə bijuteriyadan ibarət bir neçə mərtəbəli sırğa nəhəng və qədimi çilçırağın dekorativ elementini xatırladır. Elə adını da buradan götürüb. “Chandelier” fransızcadan tərcümədə “bahalı bəzəkləri olan şamdan” kimi tərcümə olunur. Növlərindən biri də Jirandoladır.

Özünü sevməyən insan olmaz..

Adətən özünü dəyərsiz hiss edən, özlərinə güvənməyən qadınlar daha çox depressiyaya düşürlər. Ən pisi də odur ki, bunun üçün həmişə müxtəlif səbəblər tapırlar. Gah kimsə başqası günahkar olur, gah vəziyyət belə gətirir, gah şərait olmur, gah da bilmirəm nə. Ancaq, bu haldan narahat olan, iradəsi güclü olan qadınlar bu vəziyyətdən çıxmaq üçün özlərində güc tapırlar. […]

Dovğa

Azərbaycan mətbəxində xüsusi yer tutur dovğa. O, elə bir yeməkdir ki, əhvalın pis olanda da ürəyin istəyə bilər, yaxşı olanda da. Unikallığından biri də odur ki, istəyəndə boşqabda qaşıqlayıb yeyə, və ya stəkanda içə bilərsən. Dovğanın tərkibində: 1 balon qatıq, Dağ keşnişi -2 dəstə, Nanə -2 dəstə, İspanaq – 2 dəstə, Keşniş -1 dəstə, Şüyüt […]

Ləzzətli peraşkilər

Hətta haqqında yazanda belə ağzım sulanır. İndi sizinlə çox kövrək, yedikcə yemək istəyəcəyiniz peraşki resepti paylaşacam. Bu öyrəndiyiniz ən son persaşki resepti olacaq, çünki, çox bəyənəcəksiniz. Getdik! Təqribən bir kilo unun xəmirinə gedən ərzaqlar: 1 yumurta, 1 dolu xörək qaşığı mayonez, yarım armudu stəkan duru yağ, quru maya, duz, şəkər tozu, və yumşaq xəmir alınanadək […]

Köklü piroq

Bəlkə, ilk eşitdiyiniz an ” Nə?, Köklü?”  deyə təəccüblə soruşacağınız, ancaq, bir dəfə yedikdən sonra ömürlük vurulacağınız möhtəşəm dadlardan biri. Əminəm, soyuducudan kökü əskik etməyəcəksiniz ki, hər fürsətdə bu asan hazırlanan piroqu tez- tez süfrənizdə görəsiniz. Deməli belə, lazım olan ərzaqların siyahısını verirəm: şəkər tozu -1 stəkan, yumurta -3 ədəd, 2 -3 ədəd iri kök, […]

Ev şəraitində asan və çox effektiv saç qulluğu

Hava şərtləri, sağlamlıq vəziyyətimiz, hətta əhval – ruhiyyəmiz də saçlarımızın görünüşünə təsir edir. Ancaq, müxtəlif səbəblərdən heç də həmişə onları bərpa etmək üçün salona gedib mütəxəssislərin xidmətindən istifadə edə bilmirik. Və bunun üçün yalnız bir şərtlə evdən çıxmaq lazım olacaq, əgər lazım olan ərzaqlar evdə yoxdursa. Bizə isə təkcə zeytun yağı və yumurta lazım olacaq. […]

Orta əsr. Hiyləgər Avropa qadınları

Orta əsrlərdə ərlərinə hirslənmiş avropalı qadınlar belə bir hiyləyə əl atırdılar. Sevimli həyat yoldaşlarının yeməyinə bir az zəhər qatıb, axşam evə gələndə isə şam yeməklərinə zərdab tökürdülər. Beləliklə, kişi evə nə qədər gec gəlirdisə, bir o qədər də özünü pis hiss edirdi. Odur ki, onlar artıq evə- öz xilaskarlarının yanına getməyə tələsirdilər.   Düz deyirlər, […]

Limonlu peçenye

Lazım olan ərzaqlar: Kərə yağı 200 qr, Şəkər tozu 180 qr, Limon suyu, Yumurta 2 ədəd, Limon qabığı, Un 4 stəkan, Qabartma tozu 1paket, Duz 1 çimdik. Bişirməyə başlayaq. Əvvəlcə otaq temperaturunda olan kərə yağı ilə şəkər tozunu qarışdırırın, şəkər tozunun miqdarını azaltmayın ki, limonla qarışanda peçenyelər çox turş alınmasın. Sonra yumurta, limon suyu və […]