Bizi əhatə edən dünya möcüzələrlə doludur. Gündəlik qayğılar ucbatından bunu unudan böyüklərdən fərqli olaraq, uşaqlar həmişə möcüzəni xatırlayırlar. Gözlənilməz və maraqlı davranışları sayəsində günlərimizi bir-birindən fərqləndirən uşaqlar haqqında bir neçə maraqlı faktı nəzərinizə çatdırırıq.
- Doğulanda uşaqların sümüklərinin sayı böyüklərin sümüklərindən daha çox olur. Uşaq skeletində 300-ə yaxın sümük olur, daha sonra onların sayı 250-207-ə qədər azalır. İş orasındadır ki, uşaq skeletində olan xırda sümüklər birləşərək böyük ölçülü sümüklərə çevrilir.
- 3 yaşlı uşaq 200 böyük adamın çıxardığı səsdən daha çox hay-küy sala bilir.
- Ən qədim oyuncağın 1000-dən çox yaşı var. Qədim Persiya ərazisində aparılan qazıntılardan yaşı 1000-ə çatan uşaq oyuncağı tapılıb. Hal- hazırda həmin oyuncaq Luvr muzeyində saxlanılır.
- Süni mayalanmadan ən cox Avstraliayada istifadə olunur.
Süni mayalanma nəticəsində dünyaya gələn ilk körpə Oldem şəhərindən olan Luiza Coy Braundur.
- Yeni doğulan bütün körpələr 4-5 ayınacan üzə bilirlər.
- 1962-ci ildə Tanzaniyada gülüş epidemiyası yayılmışdı. Hər şey Kaşaşadakı məktəblərdən birində 3 şagirdin gülməyi ilə başlamışdı. Gülüş əvvəlcə digər şagirdlər arasında yayıldı. Gülüş tutması orta hesabla bir neçə saatdan 16 günədək davam edirdi. Epidemiya digər məktəblərdə də yayıldı və bir il yarım müddətdində davam etdi.
- Sarışın uşaqlar hava şəraitinin dəyişikliyindən daha çox təsirlənirlər.